Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 141,7 min ton yük daşınıb, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 77,3% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü hava nəqliyyatı ilə 441,7 min və ya 48,4% az sərnişin daşınıb.
Daşımaların 99,7% dövlət, 0,3% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.