SOCAR və "Total" Azərbaycanda iri dəniz layihəsi üzrə danışıqlar aparır  

SOCAR və "Total" Azərbaycanda iri dəniz layihəsi üzrə danışıqlar aparır  
# 12 iyul 2019 12:05 (UTC +04:00)

SOCAR və Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənilməsi layihəsi üzrə danışıqları davam etdirirlər.

Bu barədə “APA-Economics”ə Azərbaycan neft-qaz bazarındakı etibarlı mənbə söyləyib.

Onun sözlərinə görə, “Total”in “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənilməsi layihəsində iştirakı ilə hələ heç nir razılıq əldə edilməyib.

Mənbə qeyd edib ki, “Ümid-Babək” məsələsi hələ danışıqlar səviyyəsindədir. “Total” bu layihədə iştirak etməkdə çox maraqlıdır.

Qeyd edək ki, Rusiyanın “Lukoil” şirkəti də “Ümid-Babək” layihəsinə maraq göstərir və SOCAR-la bu məsələ üzrə danışıqlar aparır.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

“Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdu. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə aparılıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR