Türkiyədə Şərqi Qaradəniz bölgəsindəki 4 vilayətdə yaşıl çay yığımı mövsümü başlayıb.
APA-nın yerli bürosunun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, çay plantasiyalarında məhsul yığımı üçün 50 min çay istehsalçısı Rize, Trabzon, Artvin və Giresun vilayətlərinə yola düşüb.
Əsasən başqa şəhərlərdə, xüsusilə İstanbulda yaşayan çay istehsalçıları yeni növ koronavirusla əlaqədar şəhərlərə giriş-çıxış qadağasına görə öz çay sahələrinə gedə bilmirdilər.
Qeyd edək ki, keçən ilə qədər Azərbaycan və Gürcüstandan gələn 40 mindən çox işçi məhsul yığımında iştirak edirdi.
Türkiyə mətbuatının yazdığına görə, xaricdən gələn işçilər çaytoplama mövsümündə 100 milyon dollaradək pul qazanırdılar.
Hazırda sərhədlər bağlı olduğuna və işçi çatışmazlığına görə, bir həftə öncə Türkiyə prezidenti çay istehsalçılarına öz məhsullarını toplamaq və 4 vilayətə gəlmək üçün xüsusi qərar verib.