Ağstafa sakininin evində silah-sursat aşkarlanıb

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb
# 14 mart 2020 15:03 (UTC +04:00)

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin evinə baxış keçirilən zaman oradan torbalarda qablaşdırılmış 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibirli avtomat silahına aid patronlar, üzərində “KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR