Bakıda Gürcüstan Respublikasının vətəndaşı mənzildə ölü tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə qeydə alınıb. 1952-ci il təvəllüdlü Gürcüstan vətəndaşı, Abas Mamedov mənzilində ölü aşkarlanıb.
İlkin ehtimala görə, A. Mamedov ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.