Beyləqanda iki avtomobil toqquşub, ölən var

Beyləqanda iki avtomobil toqquşub, ölən var
# 05 avqust 2019 12:32 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 4-də saat 15 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində Dünyamalılar kənd sakini Süleyman Hüseynovun idarə etdiyi “VAZ-2109” və İmişli rayon sakini İ.Mirzəyevin idarə etdiyi “QAZ-3302” markalı avtomobillər toqquşub.

Nəticədə S.Hüseynov hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR