Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb

Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb
# 27 may 2020 22:14 (UTC +04:00)

Rusiyanın paytaxtında koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə paytaxt meri Sergey Sobyanin bu gün fərman imzalayıb.

Özünü təcrid rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.

Moskva meri bu gün Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə iyun ayın 1-dən Moskva sakinlərində qrafiklə həftədə üç dəfə parklarda gəzintiyə çıxmağa icazə verilməsini təklif edib. O, bunun hələlik test rejimində həyata keçiriləcəyini bildirib.

Bununla belə, paytaxtda iyun ayın 14-nə kimi restoran, kafe, ticarət mərkəzləri və gözəllik salonlarının fəaliyyətinə icazə verilməyəcək.

Sobyanin iyunun 1-dən məişət xidməti göstərən müəssisələrin açılacağını bildirib.

Moskvada ictimai yerlərdə məcburi maska və əlcəkdən istifadə rejimi gücləndiriləcək.

Qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının 28-dən mərhələli şəkildə özünütəcrid rejimi tətbiq olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumatlara görə, ölkə üzrə yeni növ virusa yoluxanların sayı 370 min 680 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR