İtaliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 174 nəfərə çatıb.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə yeni virusdan ölənlərin ümumi sayı 28884-ə çatıb: “Son sutkanın ölüm dinamikası mart ayının ortalarındakı göstəricilərə yaxındır. Martın 10-da 168, 14-də isə 175 ölüm hadisəsi qeydə alınmışdı”.
Qeyd edək ki, İtaliyada son sutkada 1740 nəfər sağalıb, ümumilikdə isə onların sayı 81654-ə çatıb.