Yevlaxda motoroller avtomobillə toqquşub, xəsarət alan var

Yevlaxda motoroller avtomobillə toqquşub, xəsarət alan var
# 22 iyul 2019 08:32 (UTC +04:00)

Yevlaxda motoroller minik maşını ilə toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin Nizami küçəsində qeydə alınıb.

”Muravey” markalı motoroller markası tam dəqiqləşdirilməmiş minik avtomobili ilə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan “Muravey”in 1968-ci il təvəllüdlü sürücüsü Məmmədov Qnyaz Hüseyin oğlu rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR