Aİ Şurasının Prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Aİ Şurasının Prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
# 09 iyul 2019 18:10 (UTC +04:00)

“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR