Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda tankəleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirirlər.
Tank əleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edir.