Şirvan-Hacıqabul magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Ford” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.
Hadisə zamanı “VAZ 2106” markalı avtomobildə olan 2 sərnişin xəsarət alıb.
Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.