Almaniya sənayesi apreldə 18% azalıb

Almaniya sənayesi apreldə 18% azalıb
# 08 iyun 2020 12:00 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən Almaniyada şirkət və zavodlar tərəfindən istehsalın azalması ölkədə aprel ayında sənaye istehsalının 17,9% azalmasına gətirib çıxarıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, hesabat dövründə enerji sektoru 7,2%, inşaat və tikinti sektoru isə 4,1% azalıb. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, iqtisadiyyat artıq aşağı həddə çatıb və məhdudlaşdırıcı tədbirlərin tədricən yüngülləşdirilməsi və avtomobil sənayesində istehsalın bərpa edilməsi ilə iqtisadi bərpa prosesi artıq başlayır.

"VP Bank Group"un iqtisadçısı Tomas Gitzelin proqnozuna görə, 2020-ci ilin II rübündə Almaniya iqtisadiyyatı 10% azalacaq. Dövlətin gözləntilərinə əsasən isə, bu il Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada ÜDM istehsalı 6,3% azalacaq.

Qeyd edək ki, hazırkı göstəricilər Almaniya iqtisadiyyatının ikinci rübdə II Dünya Müharibəsindən bəri ən sərt azalmaya məruz qalacağına dair gözləntiləri gücləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR