Metroda cibgirlik edən 55 yaşlı kişi tutulub

Metroda cibgirlik edən 55 yaşlı kişi tutulub
# 11 mart 2020 12:06 (UTC +04:00)

Metroda cibgirlik edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metro stansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR