Bakıda itkin düşməsi barədə xəbər yayılan Rusiya vətəndaşının ölkəni tərk ediyi müəyyənləşib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, araşdırmalarla müəyyən edilib ki, itkin düşməsi barədə xəbər yayılan Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev Hava Limanından Moskva reysi ilə ölkəni tərk edib.
E.Hacıyev KİV nümayəndələrindən informasiyaları yayarkən dəqiqləşdirdə aparmalarını xahiş edib.
Qeyd edək ki, bəzi KİV-də Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də itkin düşməsi barədə məlumatlar yayılıb.