Sumqayıtda sərtləşdirilmiş karantin qaydalarını pozanların sayı açıqlanıb

Sumqayıtda sərtləşdirilmiş karantin qaydalarını pozanların sayı açıqlanıb
# 08 iyun 2020 10:11 (UTC +04:00)

Sumqayıtda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, həftə sonları şəhərdə tətbiq edilən məhdudiyyətləri pozan 250 vətəndaş saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bildirilib ki, həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə olunublar.

Bununla yanaşı, sərtləşdirilmiş xüsusi karantin qaydalarının tələblərinə tabe olmayan 3 nəfər inzibati qaydada 15 sutkalıq həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR