DGK büdcə ödənişlərini 27%-dən çox artırıb

DGK büdcə ödənişlərini 27%-dən çox artırıb
# 08 iyul 2019 12:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 065 160,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 27,5% çoxdur.

APA-Economics”in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,4% artaraq 483 957,8 min manat olub.

Həmçinin, yanvar-iyunda ƏDV üzrə daxilolmalar 27,8% artaraq 1 424 239,4 min manat, aksizlər üzrə 81,7% artaraq 136 798,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 16,7% artaraq 20 165,1 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR