Çində koronavirusdan ölənlərin sayı 2715-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 2715-ə çatıb
# 26 fevral 2020 08:12 (UTC +04:00)

Çində yeni koronavirus qurbanlarının sayı 2715 nəfərə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin hesabatında bildirilib.

Ölkədə virusa yoluxanların sayı isə 78 mini ötüb.

Yenilənmiş son məlumata görə, yoluxmuşların sayına görə Hubey əyaləti ilk sıradaır. Burada 65,1 min yoluxmuş şəxs qeydiyyata alınıb, onlardan 2,6 mindən çoxu ölüb, təxminən 20,9 min nəfəri sağalıb.

Ötən gün ərzində ölkənin 31 bölgəsindən 26-da yoluxma hadisəsi aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR