Fəaliyyətinə icazə verilən xidmət sahələrində işləyən şəxslərlə bağlı məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməlidir

Fəaliyyətinə icazə verilən xidmət sahələrində işləyən şəxslərlə bağlı məlumatlar “icaze.e-gov.az” portalına daxil edilməlidir
# 09 iyun 2020 19:20 (UTC +04:00)

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR