Bakıda kişini öldürüb, daha sonra yandıran qardaşların istintaqı başa çatıb

Bakıda kişini öldürüb, daha sonra yandıran qardaşların istintaqı başa çatıb
# 15 may 2020 09:53 (UTC +04:00)

Bakıda kişini öldürüb, daha sonra yandıran qardaşlar - Xəyal Bayramov və Tuqay Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il paytaxtın Nərimanov rayonu Nurəddin Süleymanov küçəsində tikinti meydanının təməl çuxurunda 55 yaşlı Naxçıvan şəhər sakini Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkarlanıb.

Müayinədən sonra cəsədin üzərində çoxsaylı bıçaq yaraları aşkarlanıb. Həmçinin cəsədin yandırıldığı da müəyyən edilib.

İlkin məlumata görə, cinayətin iştirakçıları cəsədi avtomobildə N.Süleymanov küçəsinə gətirərək, onu tikinti meydanındakı təməl çuxuruna atmaqla cəsəddən qurtulmağa çalışıblar.

18-ci Polis Bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəlilərdən biri – Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Tuqay Gündüz oğlu Bayramov saxlanılıb. Qətldə onun qardaşı Xəyal Bayramovun iştirak etməsi ilə bağlı şübhələr yaranıb. Hər iki şəxs həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR