“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan humanist prinsiplər nəzərə alınmaqla "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib: “Azərbaycan hər iki girovumuzun koronavirusa görə sağlamlığının qorunması ilə bağlı da təşəbbüslərlə çıxış edir”.