Xaçmazda 56 yaşlı qadını maşın vurub

Xaçmazda 56 yaşlı qadını maşın vurub
# 05 iyul 2019 17:26 (UTC +04:00)

Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb. Xaçmaz şəhər sakini, 1963-cü il təvəllüdlü Hüseynova Rəhilə Kərim qızını maşın vurub.

Ağır bədən xəsarətləri alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR