Şəmkirdə traktorla yük avtomobili toqquşub, xəsarət alan var

Şəmkirdə traktorla yük avtomobili toqquşub, xəsarət alan var
# 10 mart 2020 11:33 (UTC +04:00)

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR