Bakıda hərəkət üstünlüyünü gözləməyən sürücü qəza törədib, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda hərəkət üstünlüyünü gözləməyən sürücü qəza törədib, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO
# 10 iyul 2019 00:30 (UTC +04:00)

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində, yolötürücü körpünün altındakı dairədə qeydə alınıb.

Belə ki, Sabir Əhmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə manevr edən, Anar Quliyevin sükanı arxasında olduğu "Mercedes" markalı avtomobilə yol verməyib və avtomobillər toqquşub. Nəticədə sürücü S.Əhmədov, onun sərnişinləri Manaflı Miryusif Mirvəfa oğlu və adı hələlik məlum olmayan daha bir sərnişin, eləcə də "Mercedes"də olan Nurulluyev Tural Yarəli oğlu xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. S.Əhmədova ambulator müalicə göstərilib.

Yol qəzasının təfərrüatlarını Binəqədi polisi araşdırır. İlkin ehtimal olaraq, qəzaya səbəb kimi "Hyundai" markalı avtomobilin sürücüsünün dairədə hərəkət üstünlüyünə sahib olan "Mercedes" markalı avtomobilə yol verməməsi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR