Avropada avtomobil satışları bu il ilk dəfə artıb

Avropada avtomobil satışları bu il ilk dəfə artıb
# 16 oktyabr 2020 14:14 (UTC +04:00)

Avropada yeni avtomobillərin satışları sentyabr ayında illik müqayisədə 1,1% artaraq 1 300 048 vahidə çatıb. Bununla da builki satışlarda ilk dəfə artım qeydə alınıb.

"APA-Economics"in Avropa Avtomobil İstehsalçıları Birliyinə (ACEA) istinadən verdiyi məlumata görə, 2020-ci il ərzində ilk artımın səbəbi kimi, bəzi Avropa ölkələrində COVID-19 virusunun hallarının azalması göstərilir.

Bu ilin yanvar-sentyabr aylarına regionda yeni avtomobillərin satışları 8 567 920 ədəd təşkil edib ki, bu da illik müqayisədə 29,3% azdır. 2020-ci ilin ilk doqquz ayında illik ifadədə satışlarda ən kəskin azalma Xorvatiyada (45%) qeydə alınıb. Hesabat dövründə azalmanın ən az toxunduğu Avropa ölkəsi isə Danimarka (18,1%) olub.

Qeyd edək ki, təkcə sentyabr ayında Avropa ölkələri arasında avtomobil satışlarının illik müqayisədə ən kəskin artımı Rumıniyada (79,9%), ən güclü azalma isə Bolqarıstanda (27,7%) qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR