DSX: Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub

DSX: Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub
# 27 iyul 2019 13:04 (UTC +04:00)

"Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib".

Bu barədə Dövlət Sərhəd Xidmətindən APA-ya məlumat daxil olub.

Xəbərdə qeyd edilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­mAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR