Bakıda 27 yaşlı gənc xuliqanlıq zəminində bıçaqlanıb - YENİLƏNİB

Bakıda 27 yaşlı gənc xuliqanlıq zəminində bıçaqlanıb - YENİLƏNİB
# 09 oktyabr 2019 10:16 (UTC +04:00)

Bakıda 27 yaşlı oğlanı xuliqanlıq niyyəti ilə bıçaqlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nəsimi rayonu Səməd Vurğun bağının yaxınlığında 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlanıb. Hadisəni törədən şəxs daha sonra onun pulunu və telefonunu almaq istəyib. Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, 1997-ci il təvəllüdlü Sahim Ağayev Nizami rayon ərazisində tutulub. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanılıb.

***

08 sentyabr, saat 22:43

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Səməd Vurğun bağının yaxınlığında naməlum şəxs və ya şəxslər 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlayıblar.

Daha sonra onun pulunu və telefonunu almaq istəyiblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qarının sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR