Xaçmazda 19 yaşlı qızı maşın vurub 

Xaçmazda 19 yaşlı qızı maşın vurub 
# 06 iyul 2019 22:08 (UTC +04:00)

Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR