"Repetitorluqla məşğul olmağa yalnız fərdi şəkildə icazə verilib".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O deyib ki, bu fəaliyyətlə qrup halında məşğul olmaq qadağandır: "Müəllimin bir şagirdlə məşğul olmasına icazə verilir. Qrup şəklində tədrisə icazə verilmir".
TƏBİB-in sədri Ramin Bayramlı isə qeyd edib ki, bununla bağlı bütün davranış qaydaları da metodik göstərişlərdə öz əksini tapacaq: "Eyni zamanda müəyyən yerlərdə fəaliyyət göstərənlər də leqal xidmət sahəsinə keçməlidir. Vergilər Nazirliyinə müraciət etməlidir ki, icazə ala bilsinlər, hər hansı problem olmasın".