Sumqayıtda yol polisi sürücülərə xəbərdarlıq edib

Sumqayıtda yol polisi sürücülərə xəbərdarlıq edib
# 02 iyul 2019 13:45 (UTC +04:00)

Sumqayıtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün xüsusi zolaqların salınmasına başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin əsas girişi olan Sülh prospektində hərəkət sıx olduğundan və tıxacların qarşısının alınması məqsədilə yolun birinci zolağı avtobuslar üçün ayrılıb.

Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Şamxal Əliyev APA-nın yerli bürosuna açıqlamasında cərimənin məbləğini də açıqlayıb: "Nişanlama xəttinin tələbi olaraq 40 manat məbləğində cərimə tətbiq olunacaq. Həmin xəttə girmə elə xəttin tələbini pozmaq deməkdir. Sürücülər üçün xətdə saxlamaqla, xəttə girmək eyni məsuliyyətdir. İş tam başa çatmadığı üçün hələ ki, sürücülərə xəbərdarlıqlar edilir. Sülh küçəsinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindən Koroğlu prospekti istiqamətində nişanlama bu gün aparılacaq. İşlər tam başa çatmadığı üçün sürücülər hələ ki, cərimələnmir. Yalnız xəbərdarlıqlar olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR