Bakıda avtomobildən 3200 manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisində “Hyundai” markalı avtomobildən pul və 3200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Namazov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.