İctimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 5 ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib. Bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50.675 saat ictimai işlər yerinə yetirilib.