Bakı Limanı koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərə aydınlıq gətirib

Bakı Limanı koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərə aydınlıq gətirib
# 04 mart 2020 21:07 (UTC +04:00)

Son günlər koronavirusun yayılması ilə bağlı Bakı-Kurık və Bakı-Aktau istiqamətində tətbiq olunan məhdudiyyətlərlə bağlı səsləndirilən xəbərlərə aydınlıq gətirilib.

Bakı Limanından APA-ya verilən məlumata görə, Qazaxıstanda koronavirusun yayılması ilə əlaqədar yaradılmış Xüsusi İdarələrarası Komissiyasının qərarına əsasən, 5 mart tarixindən etibarən Aktau və Kurık limanlarında ağır yük nəqliyyat vasitələri (TIR) və sərnişinlər üçün məhdudiyyətlər tətbiq olunmur.

Məhdudiyyət yalnız minik avtomobillərinə, İran İslam Respublikası qeydiyyat nömrəli və İrandan gələn nəqliyyat vasitələrinə şamil olunur.

Bakı Limanı koronavirusun yayılması ilə bağlı hadisələrin inkişafını diqqətdə saxlayır və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR