Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO
# 28 fevral 2020 19:52 (UTC +04:00)
Səbail rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır kəllə-beyin travması alıb.
APA xəbər verir ki, hadisə Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb.
Həmin küçədə işıqforun qırmızı işığından keçən motosikletin sürücüsü nəqliyyat vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR