Bakıda yük avtomobili 3 maşını vurub, daha sonra divara çırpılıb - FOTO

Bakıda yük avtomobili 3 maşını vurub, daha sonra divara çırpılıb - FOTO
# 27 iyul 2019 14:25 (UTC +04:00)

Bakıda yük avtomobili yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Vasif Mahmudovun idarə etdiyi “MAZ” markalı yük avtomobili əyləci işləmədiyinə görə işıqforun yaşıl işığında hərəkətdə olan “Mercedes”, “Toyota” markalı minik avtomobillərini və “Hyundai” markalı kiçik tutumlu yük avtomobilini vurub. Daha sonra “MAZ” yolun kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda hadisə yerində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR