Mingəçevirdə baş vermiş avtoqəzada 12 yaşlı uşaq xəsarət alıb

Mingəçevirdə baş vermiş avtoqəzada 12 yaşlı uşaq xəsarət alıb
# 27 iyun 2019 22:06 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib, 12 yaşlı uşaq yaralanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə İslam İslamzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi kimi xidmət göstərən iki minik avtomobili toqquşub. Avtomobillərdə olan şəxslər qəzadan yüngül xəsarətlə qurtulsa da, 12 yaşlı sərnişin Asif Məmmədzadə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR