Qazaxda güclü külək fəsadlar törədib

Qazaxda güclü külək fəsadlar törədib
# 29 iyun 2019 12:32 (UTC +04:00)

Qazax rayonunda yağışla müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək gecə saatlarında qeydə alınıb.

Külək nəticəsində elektrik dirəkləri, naqilləri, eləcə də telefon xətləri sıradan çıxıb. Qazax şəhərinin mərkəzindəki Mirvarid Dilbazi küçəsində iri gövdəli şam ağacının qırılması nəticəsində elektrik dirəkləri, eləcə də naqilləri sıradan çıxıb. Eyni zamanda, ağacın ağırlığına tab gətirməyən daşıyıcı və SİP kabelləri, bir neçə sayğac da divardan qopub.

Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb. Gecə güclü külək rayonun Xanlıqlar ərazisində də bir neçə ağacı kökündən çıxarıb. Aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində gecə ikən əraziyə cəlb olunub.
Səhər saatlarında şəhərə elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda rayon ərazisində hava şəraiti sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR