Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azalaraq 6 400,4 mln. manat olub.
Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8% artaraq 3 314,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,% azalaraq 3 085,9 mln. manata bərabər olub.
Məlumata əsasən, istehlak məhsullarının 31,3% hüquqi şəxs statuslu müəssisələrdə, 49,1% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6% isə paytaxtın məhsul bazarlarında satılıb.