UEFA Avropa Liqasında reqlament dəyişiliyi ilə bağlı AFFA-ya məktub göndərib

UEFA Avropa Liqasında reqlament dəyişiliyi ilə bağlı AFFA-ya məktub göndərib
# 01 may 2020 10:56 (UTC +04:00)

UEFA avrokubokların reqlamentində dəyişiklik edib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna koronavirus pandemiyası üzündən bəzi ölkələrdə mövsümün yekunlaşmaması səbəb olub.

Bu üzdən də UEFA Avropa Liqasının iştirakçılarının müəyyənləşməsi ilə bağlı qaydada düzəliş və əlavələri zəruri sayıb. Söhbət sona çatdırılmayan ölkə kubokundan verilən vəsiqənin sahibinin müəyyənləşməsindən gedir.

Artıq mövsümü bərpa olunmayacağı elan edilən Niderland, Fransa kimi ölkələrdə bənzər problemlərin yaranması, İspaniyanın UEFA ilə bu mövzuda danışıqlar aparması qurumu reqlament dəyişikliyini nəzərdən keçirməyə vadar edib.

Qərara alınıb ki, kubok yarışları başa çatmayan ölkələrin avrokubokların 2020/21 mövsümündəki sonuncu təmsilçisi çempionatın yekun kimi qəbul olunan turnir cədvəlinə əsasən müəyyənləşsin. Bununla bağlı sirkulyar məktub UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın prezident və baş katiblərinə göndərilib.

Əgər Azərbaycanda 2019/20 mövsümü başa çatdırılmasa, “Qarabağ” Çempionlar Liqasına, hazırkı turnir cədvəlində növbəti yerlərdə qərarlaşan “Neftçi”, “Keşlə” və “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanacaq. Sonuncular kubok yarışı başa çatmaması ilə bağlı reqlament dəyişikliyinə görə buna nail olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR