Ağdaşda karantini pozan 17 nəfər veloyürüş iştirakçısı saxlanılıb

Ağdaşda karantini pozan 17 nəfər veloyürüş iştirakçısı saxlanılıb
# 17 aprel 2020 10:23 (UTC +04:00)

Ağdaşda velosipedlə yürüşə çıxan gənclər barəsində qanunauyğun tədbirlər görülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin Ağdaş şəhərindən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin 17 nəfər gənc saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar rayon polis şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR