Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 66,16 min ABŞ dolları dəyərində 203,23 min ədəd süni diş idxal edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57,6% artıb, miqdar baxımından isə 2,7 dəfə azalıb.
Ən çox süni diş Filippindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 27,98 min dollar dəyərində 98,73 min ədəd süni diş idxal edib. İdxalda ən aşağı pay sahibi isə Avstriya olub. Bu ölkədən Azərbaycana 2,33 min dollar dəyərində 13,56 min ədəd süni diş idxal olunub.
Süni diş idxalının ölkələr üzrə cədvəli:
# |
Ölkə |
Süni dişlərin dəyəri, min dollar |
Süni dişlərin sayı, ədəd |
1 |
Filippin |
27,98 |
98,73 |
2 |
Türkiyə |
17,02 |
76,2 |
3 |
İtaliya |
11,75 |
8,79 |
4 |
Almaniya |
7,08 |
5,95 |
5 |
Avstriya |
2,33 |
13,56 |
Ümumi |
66,16 |
203,23 |