"Brent" neftinin ortalama qiyməti bu il 34 dollar olacaq - PROQNOZ

"Brent" neftinin ortalama qiyməti bu il 34 dollar olacaq - PROQNOZ
# 13 may 2020 09:35 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 34 ABŞ dolları (bir barel üçün) təşkil edəcək. Bu, EAI tərəfindən verilən aprel proqnozu ilə müqayisədə 1 dollar azdır.

"APA-Economics"in EIA-ya istinadən verdiyi məlumata görə, ötən il bu göstərici 64 dollara bərabər olub.

Proqnoza əsasən, bu ilin II rübündə "Brent" markalı neftin orta qiyməti 23 dollar olacaq (öncəki proqnoza uyğundur), ilin ikinci yarısında isə 32 dollara yüksələcək (aprel proqnozuna əsasən 30 dollar).

Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 48 dollara yüksələcək, bu da ötən ay verilən proqnozla müqayisədə demək olar ki, 2 dollar çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR