Bakı klubu monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb

Bakı klubu monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb
# 11 iyul 2019 12:35 (UTC +04:00)

“Keşlə” heyətini gücləndirməkdə davam edir.

Klubdan APA-ya verilən məlumata görə, Bakı təmsilçisi bu dəfə monteneqrolu müdafiəçi Miyuşko Bojoviçi transfer edib.

31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

M. Bojoviç “Keşlə”yə gələnədək Monteneqronun “Rudar”, Belçikanın “Şarlerua” və “Vaasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Dyirmot və “Ujpest” komandalarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR