SOCAR Belarusda azot gübrələrinin istehsalı kompleksinin ("Grodno Azot" ASC) tikintisi layihəsində iştirak etməkdə maraqlıdır.
"APA-Economics"in "Vestnik Belneftexima"a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Azot gübrələri istehsalı üzrə yeni bir kompleksin inşası layihəsində iştirak etməyə hazırıq"' - deyə, İ. Əhmədov qeyd edib.
Onun sözlərinə görə, SOCAR bu və digər ( Mozır neft emalı zavodunun əlavə modernizasiya fazası, "Naftan" ASC-də modernizasiya işləri) layihələrdə iştirak üzrə artıq öz maraqlarını bildirib və bu istiqamətdə danışıqlar aparılır.