Fransa klubunun baş məşqçisi postundan ayrılır

Fransa klubunun baş məşqçisi postundan ayrılır
# 31 iyul 2019 09:30 (UTC +04:00)

Fransanın “Nant” klubunda baş məşqçi istefası gerçəkləşəcək.

APA-nın məlumatına görə, komandanın çalışdırıcısı Vahid Halilhodjiç yeni mövsümün startı öncəsi postunu tərk edəcək.

Buna səbəb Bosniya və Herseqovinadan olan baş məşqçi və klub rəhbərliyi arasındakı fikir ayrılığıdır. 67 yaşlı mütəxəssis heyətin komplektləşməsindən ciddi narazı qalıb. O, Liqa1-dəki uğurlu çıxış üçün 8-9 yeni futbolçunun transferini istəsə də, klub rəhbərliyi bunu gerçəkləşdirməyib.

Fransa çempionatına gələn həftəsonu start veriləcək. “Nant” ilk turda “Lill”ə qarşılaşacaq.

Qeyd edək ki, V.Halilhodjiç 2018-ci ilin oktyabrından “Nant”ı çalışdırır. Onun yetirmələri ötən mövsümü 12-ci pillədə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR