Zaqatalada kişi həmkəndlisini bıçaqlayıb

Zaqatalada kişi həmkəndlisini bıçaqlayıb
# 20 fevral 2020 08:30 (UTC +04:00)

Fevralın 19-u axşam saat 22 radələrində Zaqatala rayonunun Yolayrıc kəndində bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakinləri - 1983-cü il təvəllüdlü Ramazan Herov oğlu Quziyev ilə 1995-ci il təvəllüdlü Səfər Şaban oğlu Əhmədov arasında baş verən mübahisə zamanı Ramazan Quziyev üzərində olan bıçaqla Səfər Əhmədovun döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirib.

Kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti alan Səfər Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR