Şimali Kipr Türk Cümhuriyyətində yeni koronavirusdan (COVİD-19) ilk ölüm qeydə alınıb.
APA-nın "Hürriyyət"ə istinadən verdiyi xəbərə görə, Levkoşa Dövlət xəstəxanasında müalicə alan 67 yaşlı alman turist virusdan ölüb.
Ölənin xroniki ağciyər və təzyiq xəstəliyinin olduğu bildirilib.