Bakıda Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib

Bakıda Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib
# 30 may 2019 18:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) 2018-ci il Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının hazırlanması məqsədi ilə HSŞ üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

ARDNF-dən ONA-ya verilən məlumata görə, iclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.

İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR