Azərbaycanda daha üç dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanda daha üç dövlət müəssisəsi özəlləşdirilib
# 29 may 2019 15:10 (UTC +04:00)

Mayın 29-da təşkil olunan hərracda 3 kiçik dövlət müəssisəsi və 6 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhərində, Yardımlı və Cəlilabad rayonlarında yerləşir.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 1-i Bakının Nərimanov rayonunda, digərləri isə Sumqayıt və Bərdə şəhərlərində yerləşir.
Komitə tərəfindən növbəti hərrac 4 iyun tarixində keçiriləcək. Hərraca 85 dövlət əmlakı çıxarılacaq. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR