Azərbaycanda küləklə işləyən stansiyalarda enerji istehsalı kəskin artıb

Azərbaycanda küləklə işləyən stansiyalarda enerji istehsalı kəskin artıb
# 23 may 2019 10:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 40,5 mln. kVt-saat elektrik enerjisi istehsal ediblər ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 dəfə çoxdur.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, günəş enerjisi ilə işləyən stansiyalar enerji istehsalını kəskin azaldıb. Belə ki, yanvar-aprel aylarında günəşlə işləyən stansiyalar tərəfindən 7,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin ilk dörd ayı ilə müqayisədə 33,6% azdır.

Qeyd edək ki, hesabat dövründə ölkədə 8,2 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib (4,4%-lik artım).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR